Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan parlamentinin aşağı palatası - Milli Assambleyanın deputatı Maulana Fazl-ur-Rahmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Pakistan parlamentləri arasında əməkdaşlıq və bu işbirliyinin ölkələrimiz arasında münasibətlərə verdiyi töhfədən söz açılmışdır.
Nazir Elmar Məmmədyarov pakistanlı qonağa ölkəsinin parlamenti tərəfindən Xocalı soyqırımının tanınmasına görə minnətdarlığını bildirmiş, bu addımın ədalətli olduğunu vurğulamış, Azərbaycanın Pakistanı dəstəkləməkdə davam edəcəyini söyləmişdir.
Görüşdə dünyada islamafobiya meyilləri ilə bağlı narahatçılıq ifadə olunmuş və ondan müsəlmanlara qarşı irəli gələn yanaşmanın qəbuledilməzliyi qeyd edilmişdir. Müsəlman ölkələri arasında dialoqun artırılması və həmrəyliyin vacibliyi vurğulanmışdır. Həmçinin iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyi qeyd olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında