Həm Azərbaycan, həm də Pakistan tarixi dostluq əlaqələrinə söykənən əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etməsində maraqlıdır

Noyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Parlamentinin komitə sədri, İslam Cəmiyyət Ulema-e-İslam Partiyasının sədri Maulana Fazl-ur-Rahmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Pakistanın tarixi dostluq əlaqələrindən danışılaraq qeyd olunmuşdur ki, hər iki tərəf əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etməsində maraqlıdır. Dövlət başçıları arasındakı səmimi münasibətlərin ölkələrarası əlaqələrə də müsbət təsir göstərdiyi, qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlərin əməkdaşlığımızın dərinləşməsinə təkan verdiyi xüsusilə vurğulanmışdır. Siyasi münasibətlərdə olduğu kimi, mədəni, iqtisadi, ticari, hərbi və digər sahələrdə də əməkdaşlığın daim inkişaf etdirilməsinin vacibliyinə dair bir sıra mühüm məsələlərə toxunan tərəflər Azərbaycan-Pakistan Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyətini də yüksək qiymətləndirərək qarşıda hələ görüləsi çox işlərin olduğunu diqqətə çatdırmışlar.
Qeyd olunmuşdur ki, bütün beynəlxalq tədbirlərdə Pakistan daim Azərbaycanın haqq işinə dəstək verərək Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləmiş və Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanında olacağını bəyan etmişdir.
Maulana Fazl-ur-Rahman onlara göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında