Azərbaycanın xarici işlər naziri AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşmüşdür

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 27-də AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılmış və bu problemin həll olunmamasının regionun gələcəyinə ciddi maneə törətdiyi bildirilmişdir.
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün işğalçı ölkənin danışıqlar prosesindən yayındığını həmməruzəçilərin diqqətinə çatdırmışdır.
Həmməruzəçilər Azərbaycanın narahatlığını başa düşdüklərini və Dağlıq Qarabağ məsələsinin onların hazırlayacağı hesabata daxil ediləcəyini qeyd etmişlər.
Nazir Elmar Məmmədyarov, həmçinin Xocalı hava limanının fəaliyyətinin və uçuşların qeyri-qanuni olduğunu bildirmiş və bunun sülh prosesinə zərbə vurduğunu xüsusi vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında