26 İyun Silahlı Qüvvələr Günüdür!

Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmışlar
İyunun 25-də Daxili Qoşunların Qala Tədris Mərkəzində "Türkiyə Universitetləri Məzunları" (TUMİB) və Yeni Nəsil Azərbaycan Gəncliyi (YNAGİB) ictimai birlikləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirmişlər.
TUMİB-in sədri Çingiz Bayramov, qurumun baş katibi Rauf Əliyev, tədris mərkəzinin rəisi, polkovnik İlqar Məmmədov, YNAGİB-nin sədri Ruslan Rizayev və başqaları çıxış edərək əlamətdar gün münasibətilə zabit və gizirləri təbrik etmiş və onlara uğurlar arzulamış, Azərbaycan Silahlı Qüvvələrinin tarixindən danışmışlar.
Xüsusi vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra hərbi quruculuq sistemində dünya standartlarına uyğun əsaslı islahatlar aparılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən əsaslı tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılmışdır. Məhz ümummilli liderimiz Heydər Əliyevin imzaladığı tarixi fərmanla hər il iyunun 26-sı ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi geniş qeyd olunur.
Hazırda hərbi quruculuq siyasətini dahi liderin layiqli davamçısı, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı respublika Silahlı Qüvvələrinə böyük diqqət və qayğı göstərir.
Çıxışlarda bildirilmişdir ki, müstəqil dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanan ordumuz bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa etməyə və işğal altında olan torpaqlarımızı qısa zamanda mənfur düşməndən azad etməyə tam hazırdır.
Sonra xidmətdə fərqlənmiş bir qrup zabit və gizirə fəxri fərmanlar verilmişdir.
Tədbir konsert proqramı ilə başa çatmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında