Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması vaxtı müəyyənləşdi

Xəbər verdiyimiz kimi "Azərspace-1" telekommunikasiya peykinin istehsalı ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən aparılır. 
Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulub və bu istiqamətdə işlər uğurla həyata keçirilir. İlk peykimiz ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital Sciences Corporation" şirkəti tərəfindən "STAR-2" platforması əsasında hazırlanır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Peyk 2013-cü ilin əvvəlində Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan, Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5" raket daşıyıcısı ilə orbitə çıxarılacaqdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, peykin buraxılmasından sonra Avropa, Asiya və Afrika ölkələri onun imkanlarından yararlana biləcək və artıq bu ölkələr tərəfindən peykə böyük maraq göstərilir.
Nazir Əli Abbasov bildirmişdir ki,Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncamına və "Azərbaycan Respublikasında kosmik sənayenin yaradıması və inkişafı üzrə Dövlət Proqramı"na müvafiq olaraq, görülən işlər çərçivəsində RİTN ilə Malayziyanın "MEASAT Satellite Systejs" şirkəti arasında danışıqlar aparılmış, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Azərbaycanın ilk telekommunikasiya peykinin 2013-cü ilin fevral ayında orbitə çıxarılması nəzərdə tutulur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında