Bakıda GUAM ölkələrinin Gənc Liderlərinin Forumu keçirilir

İyunun 25-də Bakıda GUAM ökələrinin Gənc Liderlərinin Forumu işə başlamışdır. Forumda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın gənclərlə iş üzrə dövlət orqanlarının əməkdaşları, Gənclər Təşkilatları Milli Şuralarının, GUAM ölkələrinin Gənclər Forumunun və gənclər təşkilatlarının nümayəndələri iştirak edir.
Əvvəlcə forum iştirakçıları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə gül dəstəsi qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə çiçəklər düzülmüşdür.
İştirakçılar həmçinin Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər qoymuşlar.
Forumun açılışında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, tədbirin məqsədi GUAM çərçivəsində gənclərin beynəlxalq əməkdaşlığının gələcək istiqamətlərini müzakirə etmək və həyata keçiriləcək birgə layihələri müəyyənləşdirməkdir.
Nazir müavini məlumat vermişdir ki, tədbir çərçivəsində müxtəlif işçi qruplarında gənclərlə iş üzrə dövlət qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaqdır. Forumun yekununda qətnamə qəbul ediləcəkdir. Qətnamədə həll olunmamış münaqişələrin nizama salınmasında gənclərin rolunun artırılması da nəzərdə tutulmuşdur. Gənclər təşkilatları müxtəlif beynəlxalq tədbirlərdə eyni mövqedən çıxış etməlidirlər.
GUAM-ın baş katibi Valeri Çeçelaşvili vurğulamışdır ki, belə görüşlər ölkələr arasındakı əməkdaşlığı daha da artıracaqdır. Biz gələcəkdə də iri layihələr həyata keçirmək fikrindəyik.
Tədbirdə vurğulanmışdır ki, GUAM Gənclər Forumunun yaradılması əlamətdar və tarixi hadisədir. Forumun mövcudluğu ölkələr arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirməklə yanaşı, qloballaşan dünyada gənclərin fəallığının artırılması, qərarların qəbulu prosesinə gənclərin cəlb olunması, gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, bu qurum milli adət-ənənələrin təbliği, GUAM-a daxil olan dövlətlərin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi və dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunmasında da vacib rola malikdir.
Forum iyunun 28-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında