Azərbaycandan Dağıstana köçmüş Xrax-oba və Uryan-oba kəndlərinin sakinləri ciddi yaşayış problemləri ilə üzləşmişlər

Sakinlər Mahaçqalada etiraz aksiyası keçirmişlər
Azərbaycanın Xaçmaz rayonunda yerləşən Xrax-oba və Uryan-oba kəndlərindən Dağıstana köçmüş sakinlərin ev problemləri hələ də həll olunmamışdır.
APA-nın "Kavkaski uzel" xəbər portalına istinadən verdiyi məlumata görə, Dağıstana köçürülən sakinlər ictimaiyyətin diqqətini öz problemlərinə cəlb etmək üçün artıq iki dəfə mitinq keçirmişlər. Onlardan biri noyabrın 26-da Mahaçqalada Xrax-oba sakinləri tərəfindən keçirilmişdir. Sakinlər bildirmişlər ki, onlara yeni evlər verilməyib, uşaqlar isə artıq 4 aydır məktəbə getmir. Onlar öz köhnə evlərinə də qayıda bilmirlər, çünki bu evlər artıq digər insanlara verilmişdir.
Dağıstan rəsmiləri isə bildirirlər ki, bütün sakinləri yerləşdirməyə pul çatışmır. Dağıstan tərəfi sakinlərin siyahısını Rusiyanın Maliyyə və Regional İnkişaf Nazirliyinə göndərmişdir: "Xrax-oba sakinləri üçün binalar Məhərrəmkənd rayonunu Novoaul kəndində tikiləcək. Biz artıq orada torpaq sahəsi də ayırmışıq və orada evlər tikiləcək. Maliyyə məsələsi həll olunmayınca, işlər davam etməyəcək. Son siyahıda isə 377 nəfərin adı qeyd olunub. Onlardan 366-sı Xrax-oba, 11-i isə Uryan-oba kəndlərinin sakinləridir".
Xatırladaq ki, 2010-cu ilin sentyabrında Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra əslən Dağıstanın Məhərrəmkənd və Axtı rayonlarından olan Xrax-oba və Uryan-oba sakinlərinin statusu məsələsi gündəmə gəlmişdir. Azərbaycan hökuməti kəndlərin əhalisinə Rusiya vətəndaşlığını saxlamaqla sadələşdirilmiş qaydada Azərbaycan vətəndaşlığını qəbul etməyi təklif edib. Uryan-oba sakinləri bu təklifi qəbul edərək Azərbaycan ərazisində həyat və fəaliyyətlərini davam etdirməyi leqallaşdırmışlar. Xrax-oba sakinləri isə fərdi qaydada Dağıstan ərazisinə köçməyə qərar vermişlər. Köçürülmə Azərbaycan hökuməti, Rusiyanın Azərbaycandakı səfirliyi və Dağıstan hakimiyyət orqanlarının əməkdaşlığı şəraitində həyata keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında