Azərbaycan ilə Serbiya arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur

Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.
AzərTAc xəbər verir ki, Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç noyabrın 26-da Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşmüşdür.
Görüşdə Şahin Mustafayev Azərbaycan və Serbiya arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmış, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafında noyabrın 27-də ikinci iclası keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, 2010-cu ildə yaradılmış Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rolu böyükdür. İki ölkə arasında mövcud iqtisadi əlaqələrin, əməkdaşlıq perspektivlərinin, ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunduğu görüşdə nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat vermişdir.
Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında