Minsk qrupunun həmsədrləri regiona növbəti səfərlərinin yekunlarına dair birgə bəyanat yaymışlar

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik noyabrın 19-dan 26-dək Azərbaycan və Ermənistana etdikləri səfərin yekunlarına dair birgə bəyanat yaymışlar.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda qeyd edilir ki, həmsədrlər noyabrın 23-də Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan, noyabrın 26-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüş, ayın 21-22-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində, Zəngilan və Cəbrayıl rayonlarında olmuşlar.
Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərdə avqust və sentyabr aylarında həmsədrlərin hər iki ölkənin xarici işlər nazirləri ilə görüşləri nəzərdən keçirilmiş, oktyabrın 27-də xarici işlər nazirlərinin görüşündə sülh prosesinin davamına dair təqdim edilən ideyalar müzakirə olunmuşdur. Görüşdə tərəflər işi bundan sonra da xarici işlər nazirləri səviyyəsində davam etdirmək barədə razılığa gəlmişlər.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında