Trans-Anadolu qaz kəməri layihəsi təkcə Türkiyə və Azərbaycanın deyil, bütün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək noyabrın 26-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
AzərTAc xəbər verir ki, qardaş ölkənin parlamentinin sədrini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən Oqtay Əsədov ulu öndər Heydər Əliyevin müdrik kəlamını xatırladaraq Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, son illər Türkiyənin iqtisadi qüdrətinin artması və dünya siyasətində aparıcı rol oynamağa başlaması Azərbaycanı çox sevindirir. Türkiyənin güclənməsi Azərbaycanın da maraq dairəsindədir. İki qardaş dövlət arasında 175 sənəd imzalanmışdır. Bu sənədlərdə nəzərdə tutulan məqsədlərə nail olmağımız dostluğumuzun möhkəmliyindən xəbər verir. Azərbaycanın inkişafı Türkiyə iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırmasına imkan vermişdir ki, bu da əlaqələrimizin uzaq gələcəkdə də yüksək səviyyədə olacağını deməyə əsas verir.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək demişdir ki, Azərbaycan bölgənin sürətlə inkişaf edən dövlətidir. Əlaqələrimizin daha da yaxınlaşmasında hər iki ölkənin parlamenti əhəmiyyətli rol oynayır. Deputatlarımız beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. Türkiyə hər zaman bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyincə Ermənistanla heç bir əlaqə qurmayacaqdır.
Cəmil Çiçək enerji sahəsindəki əməkdaşlığın hər iki dövlət üçün xüsusilə əhəmiyyətli olduğunu bildirmiş və demişdir ki, həyata keçiriləcək Trans-Anadolu qaz kəməri layihəsi təkcə Türkiyə və Azərbaycanın deyil, bütün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır. Bu layihə gələcəkdə həm Türkiyənin, həm də Azərbaycanın Avropanın enerji bazarında mühüm rol oynayacağına geniş imkan yaradacaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında