Bakıda QDİƏT PM-in Daimi Komitəsinin 40-cı iclası keçirilmişdir

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində noyabrın 26-da bu qurumun Daimi Komitəsinin 40-cı iclası olmuşdur.
AzərTAc xəbər verir ki, QDİƏT PM-in sədr müavini, Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev iclası açaraq iştirakçıları Milli Məclisin rəhbərliyi adından salamlamış, Daimi Komitə çərçivəsində keçirilən görüşlərin, müzakirə olunan məsələlərin və qəbul olunacaq qərarların üzv ölkələr arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirmişdir.
Sonra gündəlik təsdiq edilmişdir.
Bildirilmişdir ki, Daimi Komitənin iclasında Türkdilli Ölkələrin Parlament Assambleyasının QDİƏT PM-ə müşahidəçi statusu ilə qəbul edilməsi, PM-in baş katibinin, Assambleya sədrinin 2 müavininin seçilməsi, maliyyə məsələləri, Daimi Komitənin növbəti iclasının keçirilməsi və s. məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Daimi Komitə TürkPA-nın QDİƏT PM-ə müşahidəçi statusunun verilməsini razılıqla qarşılamışdır.
Qurumun növbəti iclasının gələn ilin mayında Bolqarıstanda keçirilməsi qərara alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında