Polşa Respublikasının Milli Müstəqillik Günü şərəfinə

Polşa Respublikasının Bakıdakı Səfirliyi öz ölkəsinin Milli müstəqillik günü münasibətilə Azərbaycan Respublikasının Dövlət İncəsənət Muzeyində konsert təşkil etmişdir.
Konsertin başlanğıcında Bakı Musiqi Akademiyasının (BMA) tələbələri Üzeyir Məmmədov və Rəşid Əliyev çıxış edərək BMA-nın professoru Leyla Məmmədəliyevanın müşayiəti ilə Frederik Şopenin "Etüd" (skripka üçün transkripsiya), Arif Məlikovun "Komdenin arzuları", Musa Mirzəyevin" "Adagio i scherzo" əsərlərini ifa etmişlər.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Beynəlxalq Müsabiqənin laureatı, Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarovanın konsert proqramında polyak və Azərbaycan bəstəkarlarının əsərləri yer almışdır.Tanınmış pianoçu F.Şopen, İ.Paderevski, K.Şımanovski, M.Oqinski, C.Hacıyev, Q.Qarayev, A.Əlizadə,V.Mustafazadə, F.Sücəddinovun əsərləri ifa olunmuşdur. Onun çıxışı musiqisevərlər tərəfindən böyük maraqla və hərarətli alqışlarla qarşılanmışdır.

{nl}

Afət SADIQOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında