Biləsuvar rayonunda qaz çəkilişi sürətlənir

Respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da mavi yanacaqla təminat sahəsində böyük irəliləyişə nail olunmuşdur. Bu barədə Biləsuvar şəhərinin "Aerodrom" adlanan yaşayış massivinə təbii qaz verilməsi münasibətilə düzənlənən tədbirdə ətraflı danışılmışdır.
Son dövrlərdə rayon ərazisində 32 kilometrlik ümumi qaz kəməri, 4742 metr daxili xətt çəkilmiş, hər bir ev fərdi tənzimləyici ilə təmin edilmiş və sayğaclaşdırılmışdır. Bu il ərzində rayonun 7 yaşayış məntəqəsi qazlaşdırılıb. Gələn ay daha 3 kənd mavi yanacaq alacaq. Bu qəsəbədən keçən xətt uzadılandan sonra daha 2 kəndə də qaz veriləcək. Artıq bir neçə kənddə də daşıyıcı xətlər çəkilib qurtarmışdır. Gələn ilin ilk rübündə daha 4 kənddə mavi yanacaq şölələnəcək, iyun ayına qədər isə Biləsuvar rayonunun qazlaşdırılımasını tam başa çatdırmaq nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev dedi ki, bu ərazinin 3 min nəfərdən ibarət 600 ailəsi təbii qaz sarıdan uzun illər idi ki, əziyyət çəkirdi. Bu gün artıq məsələ həllini tapır. Bu münasibətlə "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi də rayonumuza qonaq gəlmişdir. Fərəhli haldır ki, regional inkişaf Dövlət Proqramında da nəzərdə tutulduğu kimi, gələn ilin sonuna qədər bütün ölkədə qazlaşdırma sona çatdırılacaq. "Aerodrom" massivinin sakinlərini mavi yanacaq almaları münasibətilə ürəkdən təbrik edirəm.
"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev biləsuvarlıları təbrik edərək dövlətin iqtisadi siyasətinin məhz sosialyönümlü olduğunu vurğuladı və konkret misallar çəkdi. Sonra o, qazlaşdırma sahəsində işlərin gələn ilin sonuna qədər tam başa çatması üçün hər cür imkan və şəraitin olduğunu söylədi. Digər çıxışlarda əminlik ifadə edildi ki, 18850 abonentin olduğu 26 yaşayış məntəqəsinin hamısında tezliklə mavi alov şölələnəcək. Bu gün artıq Biləsuvarın 5 kəndində həm daşıyıcı kəmərlərin çəkilişi, həm də yaşayış məntəqələrinin qazlaşdırılması işləri son mərhələdədir. Natiqlər xeyirxah işi həyata keçirən bütün kollektivlərə minnətdarlıqlarını çatdırdılar.
Massivin sakinləri adından çıxış edən Əlfəttah Rufullayev sevinc hisslərini bölüşdü. Sonra mərasim iştirakçıları evinə yenicə qaz çəkilmiş Zaur Əzizovun mənzilində çay süfrəsinə qonaq edildilər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında