İstanbulda QİƏT-ə üzv ölkələrin daxili işlər nazirlərinin mətbuat konfransı keçirilmişdir

Xəbər verdiyimiz kimi, İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin daxili işlər nazirlərinin 9-cu toplantısı keçirilmişdir. Toplantıdan sonra Türkiyə, Azərbaycan, Serbiya, Rusiya, Xorvatiya və Albaniyanın daxili işlər nazirləri İdris Naim Şahin, Ramil Usubov, İvisa Daçiç, Vladimir Kolokoltsev, Ranko Ostojiç və Flamur Noka mətbuat konfransı keçirmişlər. 
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirmişdir ki, transmilli cinayətkarlığa qarşı mübarizə bütün dövlətlərin diqqət mərkəzindədir və yalnız birgə səylərlə mümkündür. Bu toplantıda aparılan müzakirələr məhsuldar olmuş və müvafiq qərarlar qəbul edilmişdir. Ümidvaram ki, QİƏT-ə üzv ölkələr arasında bu səmərəli əməkdaşlıq daha da möhkəmlənəcəkdir.
Nazirlər transmilli cinayətkarlığa qarşı, xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və insan alverinə qarşı mübarizə sahəsində mühüm addımlar atıldığını vurğulamış, əməkdaşlığın perspektivlərindən bəhs etmişlər.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında