Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunda yenidənqurma işləri davam etdirilir

Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu yenidən qurulur. Noyabrın 23-də muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun uzunluğu 59,2 kilometrdir. Yenidənqurma işlərinə kifayət qədər texnika cəlb edilmişdir. Hazırda yol yatağı genişləndirilərək möhkəmləndirilir, su ötürücüləri və körpülər tikilir. İnşaat işləri çərçivəsində yolun Naxçıvan-Şahbuz hissəsinin eni 23, Şahbuz-Batabat hissəsinin eni isə 12 metrə çatdırılacaq, 9 körpü tikiləcəkdir. Yenidənqurma işlərindən sonra yolda avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin ediləcəkdir.
Ali Məclisin sədri yenidənqurma işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Şahbuz rayonunda həyata keçirilən quruculuq işləri çərçivəsində "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon bazası üçün yeni bina inşa ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə baxmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında