Azərbaycan parlament nümayəndə heyəti MDB PA-nın növbəti iclasında iştirak etmişdir

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının 38-ci plenar iclasında iştirak etmək üçün noyabrın 21-dən 23-dək Sankt-Peterburqda səfərdə olmuşdur.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Elton Məmmədov, Aslan Cəfərov, Rüfət Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzərTAc-a bildirmişdir ki, plenar iclas çərçivəsində ilk tədbir MDB Parlament Assambleyası Şurasının iclası olmuşdur. Əvvəlcə təşkilatı məsələyə baxılmış, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko yenidən qurumun sədri seçilmişdir.
Sonra Şuranın iclasının gündəliyi, eləcə də 38-ci plenar iclasın gündəliyi müzakirə olunaraq təsdiqlənmişdir.
Noyabrın 23-də keçirilən 38-ci plenar iclasda qurumun sədri Valentina Matviyenko çıxış edərək artıq ənənəyə çevrilən bu tədbirin əhəmiyyətindən danışmış, MDB-nin üzvü olan ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsində və genişləndirilməsində Parlament Assambleyasının və onun keçirdiyi ayrı-ayrı tədbirlərin xüsusi önəm daşıdığını diqqətə çatdırmışdır.
İclasda MDB-yə üzv olan ölkələrin parlament sədrləri ilə yanaşı beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişlər. İclasın gündəliyinə salınmış bütün məsələlər, o cümlədən model qanunlar müzakirə olunaraq təsdiq olunmuşdur.
İclas başa çatdıqdan sonra mətbuat konfransı keçirilmiş, nümayəndə heyətlərinin rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.
Milli Məclisin sədri Oqtay Əsədov MDB PA-nın 38-ci plenar sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişdir.
Milli Məclis sədrinin Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Moldova Respublikası parlamentinin sədri Marian Lupu və Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşlərində ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, perspektivləri və daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılmışdır.
Bununla da Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin Sankt-Peterburq şəhərinə səfəri başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında