Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəhbərliyinin iş sistemi və fəaliyyəti ən yüksək qiymətə layiqdir

20 ildir ki, biz Azərbaycanda təhsilin inkişafını izləyirik. Belə hesab edirəm ki, Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəhbərliyinin iş sistemi və fəaliyyəti ən yüksək qiymətə layiqdir. 
AzərTAc xəbər verir ki, bu sözləri "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası-20 il: inkişaf mərhələləri" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Rusiya Federasiyasının Təhsilin keyfiyyətinin monitorinqi elmi-tədqiqat institutunun baş direktoru Valentina Kiselyova jurnalistlərə müsahibəsində demişdir.
Valentina Kiselyova qeyd etmişdir ki, bu sahədə Azərbaycanla Rusiyanın vəzifələri, məqsədləri və hətta problemləri də ümumidir.
O həmçinin bildirmişdir ki, hazırda Rusiyada beynəlxalq əməkdaşlığa çox böyük əhəmiyyət verilir. Ali məktəblərin akkreditasiyası zamanı xarici tələbələrin təhsili üçün şəraitin olması mühüm göstəricilərdən biri hesab edilir. V.Kiselyova demişdir: "Buna görə də biz Rusiyanın ali məktəblərinə daxil olan tələbələri başa düşür və onlara böyük hörmətlə yanaşırıq. Dil maneəsini nəzərə alaraq biz bu tələbələri öyrətməyə hazırıq. Tələbələri azərbaycanlı və ruslara bölmürük, belə ki, onların hamısı bizim tələbələrimizdir".
V.Kiselyova bildirmişdir ki, hazırda Rusiyanın ali məktəblərinin birinci kurslarında Azərbaycandan təqribən 100 tələbə təhsil alır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında