Milli Məclis sədrinin müavini Bahar Muradova cəbhə bölgəsində xidmət edən əsgərlərlə görüşmüşdür

Milli Məclis sədrinin müavini Bahar Muradova 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Füzuli rayonundakı "N" saylı hərbi hissədə olmuşdur.
Hərbi hissədə təşkil olunmuş bayram tədbirində çıxış edən Bahar Muradova Silahlı Qüvvələr Günü münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətdə müvəffəqiyyətlər arzulamışdır. O bildirmişdir ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük inkişaf baş vermişdir.
Hazırda dövlətimizin başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir.
Natiq əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirmişdir.
Tədbirdə iştirak edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov əsgər və zabitləri bayram münasibətilə təbrik etmişdir.
Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik-leytenant Zaur Məmmədov qonaqlara minnətdarlığını bildirmiş, bu tədbirin düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artmasında böyük rol oynadığını vurğulamışdır.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Sonra ön xəttə gedən Milli Məclis sədrinin müavini səngərdə xidmət edən əsgər və zabitlərlə görüşmüş, onların xidmət və məişət şəraiti ilə yaxından tanış olmuşdur.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında