Azərbaycanın media qurumları rəhbərlərinin İstanbul görüşləri

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində səfərdə olan media təmsilçiləri "Türk dövlətləri bələdiyyələr birliyi"ndə olmuşlar. 
Birliyin xarici əlaqələr bölməsinin rəhbəri Bayram Nur azərbaycanlı jurnalistlərə qurumun bütün türkdilli dövlətlərdə təmsil olunduğunu qeyd etmişdir. Adıçəkilən qurum türk dövlətlərinin hər birinin milli məişətini əks etdirən evlərdən ibarət, xüsusi muzey kompleksi yaradıb və həmin kompleks ziyarətçilərin üzünə daim açıqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında KİVDF-in icraçı direktoru Vüqar Səfərli qəbul üçün təşəkkür edərək bu xeyirxah missiyada Bələdiyyələr Birliyinə yardım göstəriləcəyini vurğulamışdır.
Nümayəndə heyətinin üzvləri məşhur "Saman Yolu" Televiziyasının redaksiyasında da olmuşlar. STV-nin xəbər bölümünün rəhbəri Engin Sağ təmsil etdiyi televiziyanın yayım arealı və texnoloji imkanları barədə qonaqlara məlumat vermişdir. O, proqramlarında Azərbaycana xüsusi önəm verdiklərini qeyd etmişdir. Sonra nümayəndə heyəti STV-nin texniki imkanları ilə tanış olmuşlar. Azərbaycanın media qurumları təmsilçilərinin İstanbul səfərinin rəsmi hissəsi 23 noyabrda başa çatıb.
Xatırladaq ki, İstanbula səfər etmiş nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Trend" İA baş redaktor müavini Sevda Həmidova, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Respublika" qəzetinin baş redaktor müavini Hümmət Musayev, KİVDF-nin aparıcı məsləhətçisi Rəşad Rəhimov və "Dialoq Avrasiya" platformasının və jurnalının Azərbaycan nümayəndəsi Mustafa Saatçı daxildirlər.
Azərbaycan jurnalistlərinin qardaş ölkəyə səfəri noyabrın 25-dək davam edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında