Jan VİEQERS: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının beynəlxalq qurumlara üzv olması onun inkişafının göstəricisidir"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) beynəlxalq qurumlara üzv olması onun inkişafının göstəricisidir.
AzərTAc xəbər verir ki, bu sözləri noyabrın 23-də TQDK-nın yaradılmasının 20 illiyinə həsr olunmuş "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası-20 il: inkişaf mərhələləri" mövzusunda beynəlxalq konfransda iştirak edən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Niderlandın Təhsil Sahəsində Ölçmələr üzrə Milli İnstitutunun mütəxəssisi Jan Vieqers jurnalistlərə müsahibəsində demişdir.
Bildirmişdir ki, qiymətləndirmə təhsildə ən vacib məsələlərdən biridir və Azərbaycanda bu sahə kifayət qədər inkişaf etmişdir. Təmsil etdiyi qurum haqqında məlumat verən niderlandlı mütəxəssis TQDK-nın bu beynəlxalq quruma üzv olmasını təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Bakıda keçirilən əvvəlki konfranslara da toxunan J.Vieqers TQDK-nın tələbələri seçmə və yerləşdirmə sahəsində gördüyü işləri yüksək dəyərləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında