Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın növbəti iclası keçirilmişdir

Noyabrın 22-də Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin sədrliyi ilə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın növbəti iclası keçirilmişdir. 
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli fərmanının icrasından irəli gələn məsələlərə baxılmışdır.
Baş nazirin müavini Elçin Əfəndiyev müzakirəyə çıxarılan məsələnin əhəmiyyəti barədə komissiya üzvlərinə ətraflı məlumat vermişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iclasda geniş məruzə ilə çıxış etmişdir.
Müzakirələrdə Komissiyanın üzvləri - təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Oqtay Şirəliyev, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, daxili işlər nazirinin müavini Oruc Zalov, Uşaq Fondunun sədri İsmayıl İbrahimov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin sabiq sədri Yap Doek və başqaları çıxış edərək rəy və təkliflərini bildirmişlər.
Sonda müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar layihəsi qəbul edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında