Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir

Daha bir beynəlxalq təşkilat - Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmişdir.
AzərTAc xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə İCAPP-ın ölkəmizdə keçirilmiş VII Baş Assambleyasında Bakı Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanır.
Bakı Bəyannaməsində deyilir: "Biz, Cənubi Qafqaz regionunda ədaləti, qanunun aliliyini, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəstəkləyirik. Bildiririk ki, Azərbaycanın ərazi bütövlüyü pozulmazdır. Biz Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin regionda sülhün, barışığın və təhlükəsizliyin təmin edilməsi, ölkədə demokratik strukturların gücləndirilməsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk".
Assambleyanın iştirakçıları, həmçinin Azərbaycan hökumətinə və xalqına, xüsusilə də Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə səmimi qonaqpərvərliyə və İCAPP-ın VII Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlıqlarını bildirmişlər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında