Dağlıq Qarabağ münaqişəsi Avrasiya İslam Şurasının prioritetləri sırasındadır

Şuranın yekun Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsi Avrasiya regionunun ən qaynar nöqtələri ilə birgə yer almışdır
Türkiyənin İstanbul şəhərində "Ənənədən gələcəyə: Avrasiyada İslam üfüqü" adı altında Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı öz işini yekunlaşdırmışdır. Otuzdan artıq ölkənin 100-dən çox dini təsisatının rəhbərinin iştirak etdiyi Zirvə Toplantısında yekun Bəyannamə qəbul edilmişdir. Bəyannamənin müzakirəsi zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov sənədə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin pislənilməsi barədə müddəanın əlavə olunmasını təklif etmişdir.
Təklif yekdilliklə qəbul olunmuş və yekun Bəyannamənin birinci maddəsində öz əksini aşağıdakı kimi tapmışdır: "Başda Orta Şərq, Suriya və Fələstində axıdılan müsəlman qanının tez bir zamanda dayandırılması və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğalın dayandırılması üçün beynəlxalq aləmin üzərinə düşən insani vəzifənin yerinə yetirilməsi, dinindən və inancından asılı olmayaraq, əzəli, mənəvi dəyərlərin sahibi olduğunu düşünən bütün dini qurumlara bu məsələdə sülh və təhlükəsizliyin təmin olunması üçün səslənməyi özümüzə borc bilirik. Bu məsələdəki məsuliyyət təkcə siyasətçilərin deyil, eyni zamanda sağlam vicdana sahib olan hər kəsin üzərinə düşür. Bütün dünya ictimaiyyətini bu məsuliyyətdən irəli gələn addımları atmağa dəvət edirik. Həmçinin 2012-ci il noyabrın 21-də Qəzzada əldə olunan atəşkəsin davamlı sülhə çevrilməsini arzu edirik".
Bununla bağlı AzərTAc-a İstanbuldan verdiyi məxsusi açıqlamada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov aşağıdakıları demişdir: "Şura tərəfindən Avrasiya regionunun gündəmində olan Suriya və Fələstin kimi ən qaynar nöqtələrlə yanaşı, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı faktının qeyd edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avrasiya İslam Şurasının prioritetində olduğunu təsdiqləyir. Bundan başqa, bu məsələnin məsuliyyətinin təkcə siyasətçilərin deyil, ictimai vicdanın da üzərində olduğu bəyanatda öz əksini tapmışdır.
Eyni zamanda, şura dünya ictimaiyyətinə müraciət edərək, Dağlıq Qarabağ məsələsində təkcə Avrasiyanın müsəlman ölkələrinin dini liderlərinin deyil, digər ölkələrin və dinlərin liderlərinin də münaqişənin ədalətli həllinə çalışmalarının vacibliyini ortaya qoymuşdur. Nəzərə alınmalıdır ki, VIII Zirvə Toplantısında şuranın daimi Beynəlxalq Katibliyinin yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Bu isə o deməkdir ki, yekun Bəyannamənin 1-ci bəndində öz əksini tapmış Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qəbul edilmiş qərarın icrası üçün konkret işlər görüləcəkdir".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında