Yasamal Rayon Gənclər və İdman İdarəsi " İdman ili"ni uğurla başa vurur

Dünən Yasamal Rayon Gənclər və İdman İdarəsi rayon icra hakimiyyəti binasının akt zalında " İdman ili"nin yekunlarına həsr olunmuş toplantı keçirmişdir. Toplantıda Milli Məclsinin deputatı Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov və başqaları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yeniyetmə və gənclər arasında idmanın inkişafı istiqamətində respublikada görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin sərəncamına müvafiq olaraq 2012-ci il " İdman ili" elan edilmişdir və bu, möhtərəm Prezidentimizin idmana göstərdiyi qayğının əyani təzahürüdür. " Müstəqil Azərbaycanın idman tarixi" mövzusunda məruzə edən İ.Səfərov "İdman ili" çərçivəsində idarə tərəfindən görülən tədbirlərdən, keçirilmiş yarışlardan söz açdı. Qeyd etdi ki, bu yarışlarda məqsəd ilk növbədə idmanın kütləviliyinə nail olmaqdır.
Milli Məclisin deputatı, karate üzrə Avropa və dünya çempionu, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, idmanımızın canlı əfsanəsi, kikboksinq üzrə 16 qat dünya çempionu, əməkdar məşqçi Eduard Məmmədov, Bakı Dövlət Universitetinin bədən tərbiyəsi və idman kafedrasının müdiri Akif Atakişiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov tədbirdə çıxış etdilər. Natiqlər rayonun bu sahədə uğurlarını Azərbaycan idmanına töhfə kimi qiymətləndirərək, bu nailiyyətlərin davamlı olmasını arzuladılar.
Onlar Azərbaycanda istər ənənəvi, istərsə də qeyri-ənənəvi idman növlərinin inkişaf etdiyini və respublikamızın dünya miqyasında artıq idman ölkəsi kimi tanındığını xüsusi vurğuladılar. Xüsusilə vətənpərvərlik tərbiyəsində idmanın inkişafının vacib olması, ərazi bütövlüyümüzün bərpasında canla-başla iştirak etmək üçün gənclərin fiziki hazırlığının yüksəldilməsinə əhəmiyyət verilməsinin vacibliyi qeyd olundu.
Sonda RİH başçısı İbrahim Mehdiyev çıxış edərək, ölkəmizdə idmana dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Məhz Prezidentin idmana prinsipial yanaşması sayəsində ölkəmizdə istedadlı idmançıların yetişdiyini və xalqımızın möhkəm təməllərə layiq gələcəyinin indidən təmin olunduğunu diqqətə çatdırdı.
Tədbir rayonu təmsil edən idmançıların və idman sahəsini işıqlandıran jurnalistlərin mükafatlandırılması ilə başa çatdı.

{nl}

Anar TURAN, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında