Artıq bu cür yalanlarla yalnız erməni xalqını aldatmaq olar
Dünən Bakıda öz işinə başlamış Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasında müxtəlif ölkələrin təmsilçiləri ilə yanaşı, Ermənistan siyasi partiyalarından birinin nümayəndəsi də iştirak edirdi. Hazırda Ermənistanın İrs Partiyasının sədri olan, bir müddət əvvəl bu ölkənin xarici işlər naziri olmuş Raffi Ovanesyan Azərbaycanın informasiya agentliklərindən birinə müsahibə verib və təbii ki, öz erməniliyini göstərib.
O, Bakıda olmasından sui-istifadə edərək məkrli niyyətini açıb: "Dağlıq Qarabağda yaşayan insanların öz müqəddəratını təyin etmək hüququ var: Mən işğal məsələsi ilə razılaşmıram. Yalnız Azərbaycanla Türkiyə bunu işğal sayır, biz bunu işğal saymırıq. Biz bunu azad edilmiş torpaqlar kimi qiymətləndiririk. Dağlıq Qarabağdakı insanlar hüquqlarını təyin edə bilməlidirlər".
Ovanesyan artıq neçə illərdən bəri ermənilərin uydurub özlərini inandırdıqları yalanları bir daha təkrarlayıb: "Azərbaycan təzə bir ölkədir, bu ölkənin torpaqlarının işğalı barədə kiminsə dedikləri fikri bölüşmürəm".
Maraqlıdır ki, Raffi Ovanesyan bu sözlərini Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın fikirlərinə münasibət bildirərkən deyib. Vardan Oskanyan bir müddət əvvəl Dağlıq Qarabağda işğal faktının olduğunu etiraf etmişdi.
Erməni partiya rəhbəri qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsinə də toxunub: "Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtmaq hüququ var. Dağlıq Qarabağa da məcburi köçkünlərin qayıtması məsələsi müzakirə oluna bilər".
Artıq Ermənistandan gəlmiş qonağın sərsəm fikirlərinə Azərbaycan rəsmilərindən cavab gəlib. YAP-ın icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, "Ermənistanın sabiq xarici işlər naziri Raffi Ovanesyanın fikirləri reallığı əks etdirmir, beynəlxalq aləmin bu məsələlərlə bağlı baxışlarının çərçivəsinə sığmır".
Əli Əhmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də Azərbaycan torpaqlarının işğal olunduğu faktını dəfələrlə ifadə ediblər, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər: "Ona görə də bu bəyanat sərsəm və reallıqdan uzaqdır".
Qeyd etməliyik ki, Ovanesyandan bundan ağıllı bir fikir gözləmək olmazdı. Çünki Ermənistanın siyasi dairələri artıq çoxdan özlərinin uydurduqları yalanlara inanıblar, bu yalanları əldə bayraq edərək önündə getdikləri milləti uçuruma aparırlar. Doğrudan da, inanmaq çətindir ki, istər Raffi Ovanesyan, istər Serj Sarkisyan, istərsə də digər bir erməni partiyasının rəsmisi bilməmiş deyil ki, Ermənistan dövləti Rusiya imperiyası tərəfindən cəmi-cümlətanı 94 il əvvəl - 1918-ci ildə yaradılıb. Ona qədər tarixdə erməni dövləti, demək olar ki, olmayıb. Azərbaycanın isə böyük tarixi var, tarixlər dolusu qəhrəmanlıq, hünər yolu var, zəngin dövlətçilik ənənələri var. Mannadan, Midiyadan, Atropatenadan başlamış ta Albaniya, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və s. kimi dövlətlər müasir Ermənistan ərazisi də daxil olmaqla məhz Azərbaycan torpaqlarında yaranıb. Azərbaycan çox qədim ölkədir. Bunu, əlbəttə, Ovanesyan da bilir. Ancaq etiraf etmək çətindir. Çünki o ermənidir, yəni mütləq riyakarlıq etməli, hiylə işlətməli, aldatmalıdır. Yoxsa bunun nəyi erməni olardı?!
İkinci tərəfdən, Ovanesyan həm də nankordur. O, Rusiyanın son 200 ildə ermənilər üçün artıq ikinci dövlət yaratdığını unudur. Sağ ol deməli olduğu rus çarlarına qarşı ədalətsiz davranır. Rusiya çarları tarixin müəyyən dövrlərində bu torpaqları işğal edəndə burada erməni dövləti və erməni milləti yox idi. Rus çarı bu torpaqlarda Azərbaycan xanları ilə, azərbaycanlılarla döyüşürdü. Heç olmasa, erməni siyasətçisi onlara bayquş kimi ulamağa dil vermiş rus çarlarının əməyini itirməsin.
Üçüncüsü, Azərbaycan torpaqlarının işğal olunduğunu təkcə Türkiyə və Azərbaycan deyil, bütün dünya deyir. Bununla bağlı BMT-nin 4 qətnaməsi var. O sənədlərdə hətta ermənilərin öz qoşunlarını bu torpaqlardan çıxarması tələbi də var. Sadəcə, yaddaşsız Ovanesyan bunu da unudub.
Dördüncüsü, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququndan danışan erməni siyasətçisinin yadına salmaq istərdik ki, ermənilər təkcə Dağlıq Qarabağda deyil, dünyanın çox yerində, o cümlədən Fransada, ABŞ-da, Rusiyada və s. ölkələrdə yığcam şəkildə yaşayırlar, öz müqəddəratını təyin etmək hüququ bu qədər vacibdirsə, qoy əvvəlcə bu ölkələr nümunə göstərsinlər. Sarkisyan, Ter-Petrosyan, Ovanesyan və digər erməni ideoloqları bəlkə "məzlum" erməni xalqının müqqəddəratını əvvəlcə bu ölkələrdə təyin etsinlər. Yox, bu, ermənilərə sərf etmir. Çünki ermənilərə öz ağalarından yalnız qonşu türk xalqlarına, o cümlədən azərbaycanlılara divan tutmaq, qəddarlıq etmək, soyqırımı törətmək əmri verilib. Ovanesyan yaxşı bilir ki, əgər bu ermənilər fransızlardan müqəddərat tələb etsələr, nə baş verər? Nəsillərini kəsərlər, ermənilərin izini yer üzündən silərlər. Çeçenlərin Rusiyadan müqəddərat tələb etməsi də göz qabağındadır. Yaddaşı pozulmuş ovanesyanların nəzərinə bunu da çatdırırıq.
Amma nə yaxşı ki, Ovanesyan qaçqınların öz torpaqlarına qayıtmaq hüququnu tanıyır. Ay bərəkallah qanacağına! Sən mənim evimdə oturub mənim haqqımı tanımaqdan danışırsan? Bu qədər də tərbiyəsizlik olar?! Sən unutmusan ki, İrəvanın özü də mənimdir. Məni oradan çıxarıb səni otuzdurublar?! Bax, bu yerdə deyiblər ki, necəsən, qanmayım, atan yansın. Belə görünür, ermənilər təkcə nə etdiklərini, nə danışdıqlarını deyil, həm də harada, hansı zamanda yaşadıqlarını da unudublar. Artıq 21-ci əsrdir, ay zavallılar. 1 milyon insanı evindən qovub, onların bütün beynəlxalq hüquqlarını, haqq və azadlıqlarını pozub, əsil ermənisayağı vəhşiliklər törədibsiniz. Xocalı qırğını kimi bəşəri cinayətə imza atmısınız. Bu orta əsr "mədəniyyətini" 21-ci əsrə necə tətbiq edə bilmisiniz?! Amma cəzasız qalmısınız. İkili standartların arxasında yaxşıca gizlənə bilirsiniz. Düşünmürsünüz ki, bu cəzasızlıq şəraiti nə qədər davam edəcək. Axır ki, daşların yığılmaq vaxtı gələcək...
{nl}
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.