FİDE "Qran - Pri"sinin Daşkənd mərhələsi

Oktyabrda Londonda keçirilmiş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) "Qran - Pri" yarışları seriyasından birinci mərhələ turnirində bolqarıstanlı Veselin Topalov və israilli Boris Gelfand ilə eyni nəticə göstərib (11 mümkün xaldan 7 xal) yarışın üç qalibindən biri olmuş azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2764) həmin seriyadan növbəti turnirdə çıxışlarına başlamışdır. Dünən Daşkənddə ikinci mərhələyə start verilmişdir.
Təmsilçimiz Özbəkistan paytaxtında qarşılaşan rəqiblərin siyahısında reytinqə görə üçüncüdür. Məmmədyarov turnirdə italiyalı Fabiano Karuana (2786), Sergey Karyakin (Rusiya, 2775), Qata Kamski (ABŞ, 2762), Boris Gelfand (İsrail, 2751), rusiyalılar Aleksandr Morozeviç (2748), Pyotr Svidler (2747), Ruslan Ponomaryov (Ukrayna, 2741), Van Hao (Çin, 2737), macar Peter Leko (2732), Lenyer Dominges (Kuba, 2726) və özbək Rüstəm Qasımcanova (2696) qarşı 11 görüş oynayacaq.
Turnir dekabrın 4-də finişə çatacaq. Təşkilatçılar yarış iştirakçıları üçün iki istirahət günü də nəzərdə tutmuşlar (26 noyabr və 1 dekabr).
Xatırladaq ki, FİDE-nin "Qran - Pri" yarışları seriyası altı turnirdən ibarətdir və hər iştirakçı onlardan dördündə oynayır. Ümümi yekunda daha yüksək nəticə göstərib "Qran - Pri"nin qalibi olan şahmatçı iddiaçıların dünya şahmat tacı uğrunda turnirində mübarizə aparmaq hüququ qazanır. Onu da qeyd edək ki, qalan dörd mərhələ gələn il təşkil ediləcək.
Daşkənd turnirinin birinci turunda Məmmədyarov Qasımcanovla görüşmüşdür. Oyun heç-heçə başa çatmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında