Cəlilabadda Ədliyyə İşçiləri Günü qeyd olunmuşdur

Ənənəvi peşə bayramlarını qeyd edən Cəlilabad rayonunun ədliyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirinə Azərbaycan xalqının ümummilli lideri, unudulmaz böyük şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət etməklə başladılar. Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının və digər təşkilatların nümayəndələri abidə önünə gül dəstələri qoydular, ulu öndərin ruhuna dərin ehtiramlarını bildirdilər. 
Sonra rayon icra hakimiyətinin binasında bayram tədbiri davam etdi. İcra hakimiyyətinin başçısı Əziz Əzizov ədliyyə işçilərini təbrik etdi, onların uğurlu işlərindən danışdı, sistemdə sağlam mühit yaradıldığını vurğuladı. Qeyd olundu ki, son illərdə Cəlilabadın ədliyyə orqanları böyük uğurlar qazanıblar, rayon vətəndaşları arasında onların nüfuzu xeyli yüksəlib.
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, qanunçuluğun qorunmasında uğurlarına, peşə vəzifələrinin icrasında fərqləndiklərinə görə ədliyyə işçilərinin böyük bir qrupuna Cəlilabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanları verildi.
Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərov diqqətə görə minnətdarlıq edərək bundan sonra da qanunçuluğun keşiyində layiqincə dayanacaqlarını söylədi.
Rayon prokuroru Mobil İsmayılov və polis şöbəsinin rəisi Namiq Camalov da çıxış edərək ədliyyə sistemində çalışan həmkarlarına, məhkəmə heyətinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırdılar.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında