Tvinninq layihəsinin təqdimat mərasimi

"Four Seasons Baku" mehmanxanasının Konfrans Mərkəzində Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçirilən "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızalar üzrə Dövlət Komitəsinin institusional inkişafı" Tvinninq layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Azərbaycanın qiymətli kağızlar bazarı haqqında ətraflı məlumat vermiş, son dövrlərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, qiymətli kağızlar bazarında artımın müşahidə olunduğunu qeyd etmişdir. QKDK sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının təsdiq olunmasını maliyyə bazarlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri olduğunu, Tvinninq layihəsinin Dövlət Proqramının effektiv icrasına dəstəyini, xüsusilə proqramda nəzərdə tutulmuş qiymətli kağızlar bazarının normativ hüquqi bazasının təkmilləşdirilməsi, eləcə də bazara dair məlumatın, peşəkar hazırlığın yüksəldilməsi, layihənin uğurlu icrası zamanı gələcəkdə qiymətli kağızlar bazarının tənzimlənməsində mütərəqqi dəyişikliklərə nail olunacağını vurğulamışdır.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təmsilçisi, Müvəqqəti İşlər Vəkili Toralf Pilz Aİ ilə Azərbaycan arasında münasibətlərin tarixindən, ölkəmizdə həyata keçirilən layihələrdən bəhs etmiş, Tvinninq yardım alətinin məqsədi, Azərbaycanda həyata keçirilmiş Tvinninq layihələri barədə qısa məlumat vermişdir.
Polşa Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda Azərbaycan və Polşa arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.
Polşanın Maliyyə Nəzarəti Agentliyinin sədri adından,Tədqiqatlar və beynəlxalq əməkdaşlıq departamentinin direktoru Damian Yavorski və Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən Layihə rəhbəri xanım İlona Pyeçiynska-Çernı çıxış etmişlər.
Təqdimat mərasimində QKDK ilə yanaşı, Polşanın Maliyyə Nəzarəti Agentliyi, İqtisadi İnkişaf Nazirliyi, qiymətli kağızlar bazarı institutlarının nümayəndələri, media təmsilçiləri və digər maraqlı tərəflər iştirak etmişlər.
Layihənin maliyyələşdirilməsi məqsədilə Avropa İttifaqı tərəfindən 1 milyon avro məbləğində vəsait ayrılmışdır.

{nl}

A.SADIQOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında