Binəqədi Rayon İcra Hakimiyyətində KİV əməkdaşları ilə görüş keçirilmişdir

Mətbuat nümayəndələri əvvəlcə rayon ərazisində görülən tikinti-quruculuq işləri, o cümlədən infrastruktur layihələri ilə tanış olmuşlar.Sonra tədbir rayon icra hakimiyyətinin binasında mətbuat nümayəndələri ilə görüşlə davam etdirilmişdir.
İcra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bildirib ki, 2011-2013-cü illərdə Binəqədi rayonu üzrə 103 tədbir nəzərdə tutulub. Artıq Binəqədi qəsəbəsində su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılıb. Son 10 ay ərzində rayonun əksər binalarının üz örtüklərində müasir dizaynlı üzlük materialları ilə pəncərə bloklarının quraşdırılması işləri davam etdirilir. Qəsəbədaxili və məhəllədaxili yolların cari və əsaslı təmir işləri də diqqət mərkəzində saxlanılır.
V.İsmayılovun sözlərinə görə, icra hakimiyyətində təbliğat qrupu yaradılıb, hesabat dövrü ərzində rayonun inzibati ərazi nümayəndəliklərində, həmçinin rayon sakinlərinin sıx toplaşdıqları yerlərdə həmin qrup tərəfindən 37 görüş keçirilib. 2012-ci ilin ilk on ayı ərzində icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan, ümumilikdə 3511 müraciət daxil olub. Müraciətlərə əsasən tikinti aparılmasına icazə, inşası başa çatmış tikintilərin sənədləşdirilməsi, mənzillə və ya torpaq sahəsi ilə təmin edilmə, işlə təmin olunma, maddi yardım göstərilməsi, su, işıq, qaz, kanalizasiya, qaçqınlar və məcburi köçkünlərin problemləri ilə bağlı məsələlərlə əlaqədar olub. Binəqədi RİH başçısının aparatında 1564 vətəndaş qəbul edilib.
RİH-in sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov qeyd etmişdir ki, rayonda elektron hökumətin yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq bununla bağlı xüsusi komissiya formalaşdırılıb. Rayonun idarələri arasında elektron sənəd dövriyyəsinə başlanılıb. İkinci mərhələ isə rayonun elektron xəritəsinin hazırlanması prosesinin icrasıdır. Bunun icrası ilə rayonun idarəetməsi asanlaşacaq. Həmçinin rayon təsərrüfatının elektron xəritə ilə nəzarəti də mümkün olacaq.
E.İmanov RİH-də vətəndaşların videoqəbul məsələsinin reallaşdırılması istiqamətində layihəyə start veriləcəyini söyləyib. Bildirib ki, icra hakimiyyətinə gəlmədən, vətəndaş icra hakimiyyətindəki aparatın məsul şəxsləri ilə videoqəbul həyata keçirə biləcək. Vahid telefon məlumat xidməti də istifadəyə veriləcək.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında