Azərbaycanın media rəhbərləri Türkiyənin beynəlxalq statuslu təşkilatlarında və KİV redaksiyalarında olmuşlar

Bu barədə məlumat verən www.kivdf.gov.az saytı bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində səfərdə olan media təmsilçiləri dünən Türkiyənin beynəlxalq statuslu təşkilatlarından olan "Dialoq Avrasya Platform"unun (DAP) ofisində olublar. Təşkilatın baş katibi İsmayıl Tas nümayəndə heyətinə DAP-ın fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. İsmayıl Tas Azərbaycanda da geniş layihələr həyata keçirdiklərini və nümayəndəliklərini açdıqlarını qonaqların diqqətinə çatdırıb. O, Azərbaycan mediasının DAP-la əməkdaşlığından razı qaldığını da bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında KİVDF-in icraçı direktoru Vüqar Səfərli Azərbaycan mediasının vəziyyəti barədə qurumun rəhbərliyinə ətraflı məlumat verib. İcraçı direktor DAP-la əlaqələrin inkişaf etdirilməsinin diqqətdə saxlanılacağını vurğulayıb.
Nümayəndə heyəti daha sonra "Qəzetəcilər və Yazarlar" Fondunda olub. Görüşdə "Sabah" qəzetinin köşə yazarı Yavuz Baydan və "Milliyyət" qəzetinin ombudsmanı Belma Akçuranın Türkiyə mediasının vəziyyəti barədə məruzələri dinlənilib. Bundan əlavə qonaqlara ayrı-ayrı redaksiyalarda yaradılan ombudsman təsisatı barədə məlumatlar verilib və fond rəhbərliyi ilə fikir mübadiləsi aparılıb.
"Fəza" media qrupuna daxil olan "Cihan" Xəbər Agentliyinə gələn nümayəndə heyətini agentliyin baş direktoru Abdülhəmid Bilici qarşılayıb. O, agentliyin fəaliyyəti barədə geniş məlumat verib. Bundan sonra agentliyin xəbər yayımı və satışı üzrə direktoru Ərdal İncə nümayəndə heyətini agentliyin redaksiyası ilə tanış edərək, onları tətbiq edilən yeni texnologiyalar barədə məlumatlandırıb.
Nümayəndə heyətinin üzvləri "Kanal D" Televiziya Kanalının redaksiyasında da olublar. Kanalın xarici xəbərlər xidmətinin redaktoru Ayşəgül Yıldırım qonaqlara təmsil etdiyi televiziyanın xəbər siyasəti barədə məlumat verib. O, həmçinin, "Kanal D"nin Azərbaycanla bağlı xəbər seçimi barədə nümayəndə heyətinin suallarını cavablandırıb.
Məlumat üçün bildirək ki, İstanbula səfər etmiş nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Trend" İnformasiya Agentliyinin baş redaktor müavini Sevda Həmidova, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Respublika" qəzetinin baş redaktor müavini Hümmət Musayev, KİVDF-nin aparıcı məsləhətçisi Rəşad Rəhimov və Dialoq Avrasiya Platformasının ve Jurnalının Azərbaycan nümayəndəsi Mustafa Saatçi daxildirlər.
Qeyd edək ki, səfər noyabrın 25-nə kimi davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında