Azərbaycan ilə Sudan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Noyabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Sudan nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Sudanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməsi yüksək qiymətləndirilmişdir.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sudanlı qonaqlara ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Azərbaycanın bu problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduğu diqqətə çatdırılmışdır.
Sudanlı qonaqlar Azərbaycana səfərlərindən, ölkəmizdə müşahidə etdikləri inkişaf dinamikasından məmnun qaldıqlarını bildirmiş, Bakının Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasına ev sahibliyi etməsinin önəmini vurğulamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında