IDEA Kampaniyası 3-cü Beynəlxalq "Xəzər: ətraf mühit üçün texnologiyalar" sərgisində iştirak edir

Bakı Ekspo Mərkəzində təşkil olunan 3-cü Beynəlxalq "Xəzər: ətraf mühit üçün texnologiyalar" (CTE-2012) sərgisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən 2011-ci il iyulun 12-də başladılmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) stendi nümayiş etdirilir.
AzərTAc xəbər verir ki, bu, öz fəaliyyətində ekoloji maarifləndirməni daim rəhbər tutan IDEA Kampaniyasının növbəti beynəlxalq səviyyəli addımlarından biridir.
Sərginin əsas məqsədi Azərbaycanda həyata keçirilən ekoloji layihələrə beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək, eləcə də ekoloji sahədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın yaranmasına nail olmaqdır.
Stenddə IDEA Kampaniyası tərəfindən həyata keçirilən layihələr haqqında hesabatı əks etdirən müxtəlif nəşrlərlə yanaşı, digər vəsaitlər də qonaqlara paylanılır. Qonaqlar, həmçinin layihələrlə bağlı IDEA Kampaniyasının nümayəndələri tərəfindən daha ətraflı məlumat ala bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında