ABŞ-ın nüfuzlu "Forbes" jurnalı TANAP layihəsindən yazır

Amerika Birləşmiş Ştatlarında (ABŞ) nəşr olunan nüfuzlu "Forbes" iqtisadi analitik jurnalında Azərbaycanın Türkiyə ilə birlikdə həyata keçirdikləri Trans-Anadolu magistral qaz kəməri (TANAP) haqqında məqalə dərc olunmuşdur.
Məqalənin müəllifi Maykl Ekonomides Azərbaycanda zəngin neft və qaz yataqlarının olmasını faktlar əsasında göstərmişdir.
Qeyd olunmuşdur ki, Cənubi Qafqazda sürətli iqtisadi inkişafı ilə diqqəti cəlb edən Azərbaycan ABŞ və Avropanın etibarlı tərəfdaşıdır və 30 trilyon kubmetr qaz ehtiyatına malikdir. Azərbaycan hazırda öz iqtisadiyyatını inkişaf etdirərək ixrac etmək istədiyi qazının müxtəlif marşrutlar üzrə Avropaya nəql olunmasını istəyir. Bakı-Tbilisi-Ərzurum kəmərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan qaz ixracına nail ola bilmişdir. Lakin Azərbaycanın əlavə qaz hasil etmək imkanı ilə Avropanın qaza olan ehtiyacının artmasının üst-üstə düşməsi TANAP layihəsini meydana gətirmişdir. Bu layihənin həyata keçirilməsinin nəticəsi olaraq ilk növbədə Avropanın qaza olan tələbatı ödəniləcək, asılılığı aradan qalxacaq və enerji təhlükəsizliyi təmin olunacaqdır. Digər tərəfdən, Azərbaycan qazı Türkiyəyə Avropanın enerji siyasətində aparıcı rol oynamasına imkan yaradacaqdır. TANAP Türkiyənin iqtisadi inkişafına da böyük təkan verəcəkdir. Daxili bazarda Azərbaycan qazını satmaqdan və tranzitdən əldə edəcəyi gəlirlərdən Türkiyə böyük iqtisadi dividendlərə sahib olacaqdır.
Müəllif qeyd etmişdir ki, layihə Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Qyünter Ottinqen tərəfindən dəstəklənmişdir. Bu da layihənin Aİ-nin tərəfindən dəstəklənməsi deməkdir. "Şahdəniz" yatağından hasil olunacaq qazın Avropaya daşınması üçün inşa olunacaq TANAP kəmərinin 2017-ci ildə istifadəyə veriləcəyi proqnozlaşdırılmışdır. Bu layihə Azərbaycanın özünün də iqtisadi inkişafının davamlı olmasına və siyasi təhlükəsizliyinə əlavə təminatlar verəcəkdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında