Moskva Dövlət Universitetində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilmişdir. MDU-nun tələbələri arasında açıq diskussiya formasında keçirilmiş tədbir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) MDU-dakı Azərbaycan klubu tərəfindən təşkil edilmişdir.
MDU-nun hüquq fakültəsinin 4-cü kurs tələbəsi Rəhilə Dadaşova tədbiri açaraq dialoqun mövzusunu elan etmiş və 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycanın Əsas Qanunu - Konstitusiyası barədə fikir mübadiləsi aparmağın gənclər üçün vacib olduğunu vurğulamışdır. Məhz həmin gün Azərbaycan Parlamentinə - Milli Məclisə ilk seçkilər keçirilmişdir.
MDU-nun hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq elmləri namizədi Aleksandr Arbuzkin tədbirdə çıxış edərək bu cür diskussiyaların əhəmiyyətini vurğulamışdır. Onun fikrincə, öz konstitusiyasını bilən adamların sayı nə qədər çox olsa, ölkədə həyat bir o qədər sabit və nizamlı olacaqdır. A.Arbuzkin xüsusi vurğulamışdır ki, Azərbaycan Konstitusiyasının bir sıra müddəaları onu maraqlandırmışdır. Həmin müddəaları Rusiyanın Konstitusiya hüququ üçün də təcrübə kimi tətbiq etmək olardı. O, Azərbaycanın Əsas Qanununun 3-cü maddəsində təsbit olunmuş və referenduma çıxarılan məsələlərin vacibliyi haqqında müddəanı xüsusi vurğulamışdır. Onun fikrincə, bu maddə həqiqi xalq hakimiyyətinin əyani nümunəsi və əlamətidir. Arbuzkinin sözlərinə görə, çox mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaşın hüquq və azadlıqlarını təmin etməkdir.
Sonra tələbələrə və diskussiyanın digər iştirakçılarına Azərbaycan haqqında, onun dinamik inkişafı və hüquq sahəsində qazandığı uğurlar barədə ətraflı məlumat verilmişdir. Diskussiyaların gedişində Azərbaycanda milli azlıqların hüququnun təmin edilməsi, ölkədə dövlət dili olan Azərbaycan dilinin və rus dilinin vəziyyəti, respublikada dini dözümlülük və tolerantlıq sahəsində vəziyyətin başqa ölkələr üçün də nümunə sayılması məsələlərinə toxunulmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı, ölkənin enerji strategiyasının və çoxvektorlu xarici siyasətinin uğurla reallaşdırılması, ölkə əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması naminə təbii ehtiyatlardan məqsədyönlü istifadə edilməsi və bir sıra başqa aktual məsələlər müzakirə edilmişdir.

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri 
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında