Azərbaycan Müəllimlər İnstitutunda "Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar" mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcəkdir

Noyabrın 26-dan 28-dək Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası (MPEA) ilə birgə "Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar" mövzusunda ikinci Beynəlxalq elmi konfrans keçiriləcəkdir.
AMİ-dən AzərTAc-a bildirmişlər ki, konfransın məqsədi yeni texnoloji proseslərin, keyfiyyətli idarəetmə sisteminin tətbiqi, kadr təminatı (yeni ixtisaslar üzrə kadrların hazırlanması, ixtisasartırma) məsələlərində dialoqların və təcrübə mübadiləsinin aparılması və bu sahədə məqalələrin nəşr edilməsidir.
Tədbirdə müasir şəraitdə müəllim hazırlığının aktuallığına həsr olunmuş məruzələr dinləniləcək, bu sahədə yeni təlim texnologiyalarının tətbiqinin əhəmiyyəti, əldə olunmuş uğurlar və dünya təcrübəsindən istifadə problemləri müzakirə ediləcək, respublikada müəllim hazırlığının inkişaf perspektivləri müəyyənləşdiriləcəkdir.
Plenar iclasda AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı, təhsil naziri Misir Mərdanov, Ukrayna MPEA-nın Təhsilin Menecmenti Universitetinin rektoru, akademik Viktor Oleynikin çıxışları nəzərdə tutulmuşdur.
Konfransın işi "Qloballaşma prosesində təhsil və elmi tədqiqatlar", "Təhsildə baryerlər (yaş və psixoloji faktor)", "Təhsil sahəsində etik problemlər", "Təhsildə yeni tendensiyalar və təcrübələr", "Müəllim və liderlik", "Müəllimlərin innovativ metodlarla təkmilləşdirilməsi təcrübəsi", "Təhsildə keyfiyyət" bölmələri üzrə aparılacaqdır.
Tədbirdə Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan, Hindistan, İspaniya, Belarus və digər ölkələrin universitetlərinin rəhbərləri iştirak edəcək, tanınmış elm adamlarının və mütəxəssislərin məruzələri dinləniləcəkdir.
Konfrans çərçivəsində təşkil olunacaq "Ukraynada diplomsonrası pedaqoji təhsilin modernləşdirilməsi" mövzusunda "dəyirmi masa"da Ukrayna MPEA İvanovo-Frankov Əyaləti Diplomsonrası Pedaqoji Təhsil İnstitutunun rektoru Nikolay Vidniçuk, Sumski Əyaləti Diplomsonrası Pedaqoji Təhsil İnstitutunun rektoru Vladimir Jvador və hər iki ölkənin tanınmış mütəxəssislərinin iştirakı nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında