Azərbaycanın media qurumları rəhbərlərinin Türkiyə səfəri davam edir

Bu barədə məlumat verən www.kivdf.gov.az saytı bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında KİVDF-nin təşkilatçılığı ilə Azərbaycanın media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfəri davam edir. Noyabrın 20-də media təmsilçiləri Türkiyənin məşhur çap və elektron media qurumlarında görüşlər keçirmişlər.
"Sabah qəzeti"nin redaksiyasında keçirilən görüşdə baş redaktor Ərdal Şəfəq öncə rəhbərlik etdiyi qəzetin hər gün 350 min tirajla çap edilərək satıldığını, həmçinin, reklamdan yüksək gəlir əldə etdiklərini bildirmişdir. O, Azərbaycanla bağlı xəbərlərə önəm verdiklərini, ölkəmizdə nəşr edilən qəzetlərin elektron səhifələrini izlədiklərini söyləmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli görüş zamanı Azərbaycan mediasının durumu barədə ətraflı məlumat vermişdir. İcraçı direktor Azərbaycan jurnalistlərinin Türkiyə mediasına xüsusi marağını vurğulamış və bundan sonra da qardaş ölkənin mediası ilə əlaqələrin inkişaf etdiriləcəyini diqqətə çatdırmışdır.
Görüşün sonunda Ərdal Şəfəq nümayəndə heyətini redaksiyasının iş şəraiti və imkanları ilə tanış etmişdir.
Azərbaycanın media qurumları rəhbərləri "A Haber" televiziyasının redaksiyasında da olmuşlar. Baş yayım direktoru Çingiz Ər nümayəndə heyətinə Türkiyədə televiziyaların vəziyyəti, xəbər əldə etmə və yayım imkanları, ümumilikdə, mediaya münasibət barədə geniş məlumat vermişdir. Sonda o, KİV rəhbərlərini maraqlandıran sualları da cavablandırmışdır.
"Habertürk gazete"nin redaksiyasında isə nümayəndə heyətini redaksiyanın koordinatoru Güntay Şimşək qarşılamışdır. O, qəzetin maliyyə imkanları, reklam gəlirləri, yeni texnologiyalarla təchizatı barədə qonaqları bilgiləndirmişdir. Bildirilmişdir ki, "Habertürk gazete" oxucularda maraq oyatmaq üçün bütün imkanlardan istifadə edir və hətta ilk dəfə olaraq ətir saçan səhifələrdən istifadəni də tətbiq etmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında