"Bank Standard"ın "Uduşlu pul köçürməsi" aksiyasının üçüncü tirajının qalibi müəyyən olundu

Qalib 106 sm (42 düym) diaqonallı, mayekristal ekranlı televizora sahib oldu.
"Uduşlu pul köçürməsi" aksiyası çərçivəsində martın 30-da "Bank Standard"ın baş ofisində keçirilən lotereyanın üçüncü tirajının qalibi "Səkkizinci" filialının müştərisi Rasim İsazadə oldu. Qalib şəxs öz uduşunu təhvil almaq üçün "Bank Standard"ın Bakı şəhəri, Azərbaycan prospekti, 4 nömrəli ünvanında yerləşən baş ofisinə müraciət etməlidir.
Tiraj DQKK tərəfindən təsdiqlənmiş qaydalara uyğun, müstəqil komissiyanın nəzarəti altında və müştərilərin iştirakı ilə keçirildi.
Xatırladaq ki, "Bank Standard"da istənilən təcili pul köçürmə sistemi ilə azı 1000 dollar, 1000 avro və ya 30 000 rubl məbləğdə hər pul köçürməsi bu aksiyada iştirak etmək üçün bir şans verir. Lotereya şanslarına məhdudiyyət qoyulmur.
Lotereyanın növbəti, dördüncü tirajı aprel ayının 26-da keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında