Gədəbəy Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilmişdir

Gədəbəy Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilmişdir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər. 
Sonra yeni binanın açılışı olmuşdur. Mərasimdə bildirilmişdir ki, 1770 kvadratmetr sahəsi olan və inşasına 2010-cu ildən başlanılan inzibati binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, şəffaf xidmətin təmin edilməsi məqsədilə ən son rabitə və informasiya texnologiyaları tətbiq edilmişdir. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə sənədləşdirilməsinə xidmət edən "Femida" sistemi yaradılmışdır.
Sonra ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ölkə başçısının tapşırıq və tövsiyələri ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarından və bu islahatlar nəticəsində qazanılan uğurlardan danışmışdır. Ən müasir standartlara uyğun inşa edilmiş yeni məhkəmə binasında vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün tövsiyələrini vermişdir.
Sonra yeni məhkəmə binasına baxış keçirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında