Binəqədi rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilmişdir

Binəqədi Rayon İcra Hakimiyyətində 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyətini müzakirə etmək üçün müvafiq idarə və müəssisə rəhbərlərinin iştirakı ilə geniş şura iclası keçirilmişdir. 
Başçı Xaləddin İsgəndərov çıxışında ölkəmizin hər yerində olduğu kimi, Binəqədidə də əhalinin və təsərrüfat subyektlərinin payız-qış mövsümünə hazırlığı ilə bağlı vəziyyətin daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir. Natiq qeyd etmişdir ki, rayonda qışa hazırlıq tədbirlərinə hələ yay aylarından başlanmış, problemlərin aradan qaldırılması istiqamətində konkret vəzifələr müəyyənləşdirilmişdir.
Rayon icra hakimiyyətinin (RİH) başçısı vurğulamışdır ki, bu gün Binəqədinin xidmət sahələrinin əsas vəzifələri mövsüm ərzində tabeliyindən asılı olmayaraq, ərazidəki yaşayış binalarının, məktəblərin, uşaq bağçalarının, poliklinika və xəstəxanaların, bir sözlə, bütün sosial obyektlərin istilik sistemlərinin saz vəziyyətdə saxlanılması, əhalinin müntəzəm elektrik enerjisi, təbii qaz, içməli su ilə fasiləsiz təmin edilməsi üçün zəruri tədbirləri görməkdir. Bu məqsədlə RİH tərəfindən xüsusi tədbirlər planı işlənib hazırlanmış və onun həyata keçirilməsinə bilavasitə rəhbərlik edəcək qərargah yaradılmışdır.
Sonra qəbul olunmuş planın həyata keçirilməsi istiqamətində görülən işlər barədə rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdir əvəzi Hacıbaba Əkbərov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, indiyədək Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən balansdakı binaların xeyli hissəsində daxili istilik, elektrik, kanalizasiya xətləri, su boruları təmir olunmuş, binalarda su navalçaları dəyişdirilmiş, ümumi istifadə olunan yerlər şüşələnmiş, tüstü bacaları və havasovurucu kanallar təmizlənmiş və dam örtükləri təmir edilmişdir.
2011-2012-ci illər istilik mövsümünə hazırlıq dövründə mövcud təlimata uyğun olaraq qazanxana və istilik şəbəkəsi sistemlərinin su ilə doldurularaq sınaq-sazlama işləri aparılmışdır. "Azəriistiliktəchizat" ASC-nin rayon üzrə fəaliyyət göstərən İstilik Enerji Mərkəzi Xətlərinin İstismar Sahəsi tərəfindən xidməti ərazilərdə məhəllədaxili istilik xətti çəkilmiş, bir sıra yaşayış binalarının zirzəmilərində aşağı paylayıcı istilik xətlərində əsaslı təmir işləri aparılmış, magistral istilik xətləri örtüklənmişdir. Payız-qış mövsümündə rayon əhalisinin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün elektrik təsərrüfatında aparılmış yenidənqurma işləri nəticəsində kabel xətləri təmir olunmuş, köhnə transformator məntəqələrində təmir işləri görülmüşdür.
Məruzə ətrafında rayondakı təsərrüfat müəssisələri rəhbərləri hesabat vermişlər.
Şura iclasında RİH-nin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanovun da çıxışı dinlənilmişdir.
Xaləddin İsgəndərov şura iclasını yekunlaşdıraraq bir daha qeyd etmişdir ki, hamıdan payız-qış aylarında əhalinin məişət problemlərinin vaxtında həlli tələb olunur və buna məsuliyyət daşıyırıq. Ona görə rayon təsərrüfatının bütün sahələrinin kollektivləri öhdələrinə düşən işin yerinə yetirilməsinə yüksək məsuliyyət hissi ilə yanaşmalıdırlar.
İclasın gedişi zamanı başçı X. İsgəndərov payız-qış mövsümündə qarşıya çıxan bəzi məsələlərin həlli istiqamətində müvafiq müəssisə rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında