Ordubad rayonunun Behrud kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir

Noyabrın 19-da Naxçıvanın Ordubad rayonunun Behrud kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Niyazi Quliyev istifadəyə verilən mərkəzdə icra strukturlarının və xidmət təşkilatlarının normal fəaliyyəti, eləcə də kənddə əhalinin rahat yaşayışı, təsərrüfatla məşğul olması üçün hərtərəfli şəraitin yaradıldığını bildirmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndə kəndin sakinlərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərini, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Behrud kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi münasibəti ilə sakinləri təbrik edərək demişdir: "Bu gün Behrud kəndi muxtar respublikanın abad kənd yaşayış məntəqələrinin sırasına daxil olur. Kənddə müasir avtomobil yolu, məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Burada fəaliyyət göstərən təşkilatların işinin günün tələbləri səviyyəsində qurulması üçün yaradılan yüksək şərait göstərilən dövlət qayğısının daha bir nümunəsidir.
Dövlətimiz kənd yaşayış məntəqələrində tikinti-quruculuq və abadlıq işləri aparmaqla yanaşı, sakinlərin sosial-rifah halının yüksəldilməsinə də xüsusi diqqət göstərir.
Eyni zamanda, burada kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Fərdi təsərrüfat sahələrinin genişləndirilməsi məqsədi ilə sakinlərə güzəştli şərtlərlə kreditlər verilir. Bu da kənd təsərrüfatının inkişafına, məşğulluğun təmin olunmasına təkan verən amillərdəndir".
Açılışı bildirən lent kəsildikdən sonra iştirakçılar kənd mərkəzi ilə tanış olmuşlar. İkimərtəbəli binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kənd bələdiyyəsi, 24 üzvü öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, baytarlıq məntəqəsi, rabitə evi, Biləv, Behrud və Parağa kəndlərini əhatə edən polis sahə məntəqəsi, feldşer-mama məntəqəsi və 51 yerlik iclas zalı yerləşir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında