İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının Xocalı faciəsini soyqırımı kimi tanımasını alqışlayırıq

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının Xocalı faciəsini soyqırımı kimi tanımasını alqışlayır. Bu sözləri "Rabitə dünyası" qəzetinin 20 illik yubileyində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində söyləmişdir.
Bizi Xocalı faciəsindən cəmi 20 ilin ayırmasına baxmayaraq, artıq beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanımağa başlamışdır. Bu prosesin başlaması çox yaxşı haldır.
Əli Həsənov bildirmişdir ki, İslam Əməkdaşlıq Təşkilatının belə bir addımı atması o deməkdir ki, əksər İslam ölkələri bu hadisələrə qiymət verəcək, Xocalı soyqırımı beynəlxalq aləmdə tanınacaqdır. Bizim məqsədimiz Cənubi Qafqaz regionunda qisasçılıq əhval-ruhiyyəsi yaratmaq deyil, bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq, ermənilər tərəfindən aparılan anti-Azərbaycan siyasətinin təsirini azaltmaq, ermənilərin vəhşiliyini dünyada tanıtmaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında