Azərbaycanda Qazaxıstan Respublikasının Mədəniyyət Günləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 1 mart 2004-cü il tarixdə imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında" proqrama əsasən 2012-ci il 19-20 noyabr tarixində Azərbaycanda Qazaxıstan Respublikasının Mədəniyyət Günləri keçirilir. 
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət Günləri çərçivəsində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qazaxıstan Respublikasının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi olmuş, tədbir iştirakçıları teatrın foyesində fotosərgi ilə tanış olmuşlar.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında