Lordlar Palatasında Azərbaycanla bağlı müzakirələr keçirilmişdir

Bu haqda məlumat verən socar.az saytı bildirir ki, noyabrın 6-da Böyük Britaniyanın Lordlar Palatasında "Azərbaycan və Cənubi Qafqaz" mövzusunda müzakirələr keçirilmişdir. Müzakirələrdə çıxış edən Lord Şeyx Məhəmməd İltaf bu ilin yayında Azərbaycana etdiyi səfərlə bağlı həmkarlarını məlumatlandırmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə keçirdiyi görüşlərdən danışmış, ölkəmiz haqqında təəssüratlarını lordlarla bölüşmüşdür. 
Azərbaycanın dünya üzrə ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malik olduğunu vurğulayan Lord Şeyx ölkəmizdə həyata keçirilən sosial və mədəni islahatların miqyasından təsirləndiyini bildirmişdir: "Azərbaycan dünya üzrə ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə sahibdir və Azərbaycan maliyyə, telekommunikasiya və infrastruktur sahələri daxil olmaqla, bir çox sahələrdə inkişaf etməyi nəzərdə tutmuşdur. Son zamanlar digər Avropa dövlətləri texnologiya və tikinti sahəsində çox sayda yüksək səviyyəli müqavilələr bağlamışlar. Biz, digər dövlətlər bizi qabaqlamadan öncə, ticarəti inkişaf etdirmək məqsədilə Azərbaycanla hazırkı əlaqələrimizdən istifadə etməliyik".
Lord Şeyx Azərbaycan və Böyük Britaniya arasında münasibətlərə toxunaraq, bp ilə ARDNŞ arasında mövcud olan uzunmüddətli, səmərəli əməkdaşlığı xüsusi qeyd etmişdir. O, ARDNŞ tərəfindən reallaşdırılan sosial layihələri alqışlamış, ətraf mühitin qorunması üzrə uzunmüddətli strategiyanın həyata keçirilməsində şirkətin rolunu yüksək qiymətləndirmişdir. Lordlar Palatasının üzvü ətraf mühitin çirklənməsinin qarşısının alınmasında və tullantıların idarə edilməsində ARDNŞ-in üzərinə götürdüyü öhdəliklərin vaciblyini diqqətə çatdırmış, davamlı inkişafla bağlı məsələlərin həllində şirkətimizi neft-qaz əməliyyatları ilə məşğul olan digər qurumlara nümunə göstərmişdir. Şeyx şirkət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında çirklənmiş torpaqların təmizlənməsi, ekoloji parkların salınması və gənc nəslin təhsilinə yönəldilmiş proqramları xüsusi vurğulamışdır.
Azərbaycanın 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq ictimaiyyətin ölkəmizə göstərdiyi yüksək etimadın göstəricisi kimi səciyyələndirən Lord Şeyx Dağlıq Qarabağ probleminə də toxunmuşdur: "Bu problem Azərbaycanın ən vacib siyasi məsələsi olaraq qalmaqda davam edir və regionda qeyri-stabilliyin mənbəyi hesab edilir. Bu çox vacibdir ki, biz sülh prosesində ATƏT-in Minsk Qrupuna tam dəstək göstərir və hər iki tərəfin problemi danışıqlar masası arxasında həll etməsində fəal iştirak edirik".
Lord Şeyx Məhəmməd İltaf çıxışının sonunda Azərbaycanla Birləşmiş Krallıq arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu, Azərbaycanın beynəlxalq iqtisadi, siyasi və mədəni əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiyini qeyd etmiş və Britaniya hökumətini bu prosesdə fəal iştirak etməyə çağırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında