Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 271 210 nəfər təşkil edir

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumatda deyilir ki, 2012-ci ilin oktyabrın 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı artaraq 1 271 210 nəfərə çatmışdır. Onlardan 63,1 faizi yaşa görə, 26,5 faizi əlilliyə görə, 10,4 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Cəmi əmək pensiyası alan şəxslərin 39,3 faizi kişilərdən, 60,7 faizi isə qadınlardan ibarətdir.
Cari ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 151,19 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,54 manat təşkil etmişdir.
Məlumatda həmçinin o da bildirilir ki, son illər həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır. Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir.
Əmək pensiyası - "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Vətəndaşlarımıza mövcud vəziyyətdən asılı olaraq əmək pensiyasının 3 növü- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında