ATƏT-in Minsk qrupu həmsədrlərinin Cənubi Qafqaz regionuna növbəti səfərinin tarixi açıqlanmışdır

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin tarixi açıqlanmışdır. 
AzərTAc xəbər verir ki, səfərə Azərbaycandan başlayacaq həmsədrlər noyabrın 26-da Bakıda bir sıra görüşlər keçirəcəklər.
Səfər zamanı həmsədrlər bundan əvvəl bəyan etdikləri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyalar təklif edəcəklər. Onların regiona səfəri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Dublində keçiriləcək iclası ərəfəsinə təsadüf edəcəkdir. Həmsədrlərin də dekabrın 6-7-də keçiriləcək iclasda iştirakı nəzərdə tutulmuşdur.
Hava şəraiti imkan verəcəyi təqdirdə həmsədrlərin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionuna da səfəri nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında