ABŞ-ın İllinoys ştatı Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

Azərbaycanda səfərdə olan ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının sədri Maykl Jozef Madigan noyabrın 19-da Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər, o cümlədən də Amerika Birləşmiş Ştatları ilə sıx dostluq əlaqələri qurmuşdur. Bu gün ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur. ABŞ-ın İllinoys ştatı ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı da bizim ümumi maraqlarımıza xidmət edir. İnanırıq ki, sizin bu səfəriniz əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəkdir. Bu gün Milli Məclisdə ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları da vardır. İstərdik ki, ABŞ-ın ayrı-ayrı ştatları, eləcə də İllinoys ştatının parlamenti ilə də belə dostluq qrupları yaradılsın.
Maykl Jozef Madigan Azərbaycanda olmaqdan məmnunluğunu bildirmiş, göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir.
O, Azərbaycanın sürətli inkişafını, neft gəlirlərinin yeni sahələrə, xüsusən də informasiya texnologiyalarına yönəldilməsini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, Azərbaycan hökumətinin informasiya texnologiyaları ilə bağlı xüsusi layihələr hazırlaması və həyata keçirməsi çox yaxşı haldır. İllinoys ştatı gələcəkdə bu sahədə Azərbaycanın təcrübəsindən bəhrələnə bilər.
Sonra görüşdə qarşılıqlı səfərlərin təşkili, parlamentlərarası əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında