Enerji layihələri təhdid olunarsa, ABŞ və Avropa birmənalı olaraq Azərbaycanı müdafiə edəcəkdir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) tanınmış yəhudi əsilli politoloqu Ariel Kouen "Voice of America" saytında dərc etdirdiyi məqaləsində noyabrın əvvəllərində Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməsinə münasibət bildirərək demişdir ki, bu addım rəsmi Yerevanın mövqeyini qətiyyən gücləndirməmiş, əksinə beynəlxalq aləmdə onun nüfuzunu daha da zəiflətmişdir.
Çünki hərbi təlimlərlə Ermənistan Azərbaycanın həyata keçirdiyi enerji layihələrini təhdid etməyə çalışır. Lakin bu layihələrdə ABŞ başda olmaqla Avropa İttifaqına daxil olan bütün dövlətlər maraqlıdırlar. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Odur ki, Ermənistanın hərbi əməliyyatlara başlamaq istəyi Qərb tərəfindən sükutla qarşılanmayacaq və rəsmi Yerevan ciddi şəkildə cəzalandırılacaqdır. Hərbi əməliyyatları başlamaq üçün iqtisadi imkanları məhdud olan Ermənistan müttəfiqlərinə də arxayın ola bilməz.
Məqalədə politoloq oktyabrın 19-da ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun Corctaun Universitetindəki çıxışından sitat gətirilmişdir. H.Klinton bəyan etmişdir ki, rəsmi Vaşinqton bütün imkanlarından istifadə edərək Avropaya nəql olunan karbohidrogen ehtiyatlarının marşrutlarının şaxələnməsini dəstəkləyəcək və onların reallaşmasına yaxından köməklik göstərəcəkdir.
Dövlət katibinin sözlərini şərh edən A.Kouen məqaləsində bildirmişdir ki, xanım H.Klinton məhz Xəzər regionundan Avropaya nəql olunan və olunacaq neft və qazın marşrutlarının, konkret olaraq isə Transxəzər və Trans-Anadolu qaz kəmərlərinin (TANAP) çəkilişlərinin ABŞ tərəfindən dəstəklənəcəyini nəzərdə tutmuşdur. Göründüyü kimi, Ermənistan düşünülməmiş addımı ilə özünün beynəlxalq aləmdəki yerini daha da pisləşdirmişdir. Avropa və ABŞ birmənalı olaraq Azərbaycanı müdafiə edirlər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında