Azərbaycan FHN dənizdə köməksiz qalmış balıqçıların xilasetmə əməliyyatını tam başa çatdırıb

Xilasetmə əməliyyatları zamanı diplomatik kanallar vasitəsilə Türkmənistanın müvafiq orqanlarına edilmiş müraciətlər operativ olaraq öz həllini tapıb. Keçirilən əməliyyatlarda Türkmənistanın müvafiq qurumları, o cümlədən, helikopter və katerləri iştirak edib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində köməksiz vəziyyətdə qalmış balıqçıları tam xilas edib.
APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində sahildən təqribən 240 km məsafədə balıqçı qayığında olan 4 balıqçı qayığın batması səbəbindən köməksiz vəziyyətdə qalıblar.
Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri hadisə yerinə cəlb olunub, balıqçılardan üçü - 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlu, 1975-ci il təvəllüdlü Mirzəyev Şamil Mirzəağa oğlu və 1973-cü il təvəllüdlü Quliyev Zaur Zakir oğlu xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin və Dövlət Dəniz Adminstrasiyasının birgə həyata keçirdiyi əməliyyat nəticəsində 1959-cu il təvəllüdlü Əliyev Əlibəy İsabala oğlu "Cəlil Məmmədquluzadə" adına tankerlə xilas edilib.
Xilasetmə əməliyyatı saat 22:10-da başa çatıb.
Xilasetmə əməliyyatları zamanı diplomatik kanallar vasitəsilə Türkmənistanın müvafiq orqanlarına edilmiş müraciətlər operativ olaraq öz həllini tapıb. Keçirilən əməliyyatlarda Türkmənistanın müvafiq qurumları, o cümlədən, helikopter və katerləri iştirak edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında