Azərbaycan ilə BƏƏ arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici siyasət idarəsinin təşkilatçılığı ilə keçirilən III Sir Bani Yas Forumunda iştirakı çərçivəsində ərəb həmkarı Şeyx Abdulla bin Zahid Əl-Nəhyan ilə görüşmüşdür.
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan ilə BƏƏ arasında imzalanmış "Diplomatik pasport sahibləri üçün viza rejiminin ləğv edilməsi haqqında Saziş"ə əlavələr edilməsi məqsədi ilə nota mübadiləsinin həyata keçirilməsi barədə razılıq da əldə olunmuşdur.
Sonda BƏƏ-nin xarici işlər naziri azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında