Uruqvay Azərbaycanın notasına cavab vermişdir

Uruqvayın Xarici İşlər Nazirliyi (XİN) ölkə parlamentinin Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycanın xarici siyasət idarəsinin notasına cavab vermişdir. 
Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, notada Uruqvayın XİN-i uruqvaylı deputatların Dağlıq Qarabağa səfəri ilə bağlı bildirmişdir ki, Uruqvayın beynəlxalq fəaliyyəti dövlətlərin suverenliyi, ərazi bütövlüyü, xalqların azad şəkildə öz müqəddəratlarını təyin etməsi, daxili işlərə qarışmama, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqa tam hörmət kimi möhkəm və ənənəvi prinsiplərə və dəyərlərə, eyni zamanda, Uruqvayın da təsisçi üzvü olduğu BMT-nin təməlində dayanan digər fundamental prinsiplərə əsaslanır.
Notada, həmçinin vurğulanır ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması da Uruqvay dövlətinin qətiyyətlə və əminliklə müdafiə etdiyi BMT Nizamnaməsinin əsas prinsiplərindən biridir. "Bu, xüsusda, Uruqvay Ermənistan ilə ənənəvi əlaqələrə, Azərbaycan ilə səmimi və konstruktiv dostluq münasibətlərinə malikdir. Bu səbəbdən, Uruqvay hökumətinin ən böyük istəyi Uruqvaya dost olan bu iki dövlət arasında mövcud ziddiyyətlərin müvafiq xalqların və hökumətlərin birgə yaşayışını və əməkdaşlığını qoruyacaq dialoq, anlaşma və digər sülh yolları ilə həllinə səy göstərməkdən başqa heç nə ola bilməz. Bu da, şübhəsiz ki, bütün regionun inkişafında və rifahında əksini tapacaqdır. Uruqvayın heç bir davranışı və ya mövqeyi bu çərçivədən kənar şəkildə təfsir edilməməlidir. Qeyd olunanlardan fərqli məqsəd və niyyətlər daşımasından isə söhbət belə gedə bilməz", - deyə cavab notasında qeyd olunur.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında